Rusiya SWIFT sistemindən çıxarılır
ABŞ və Avropa İttifaqı sanksiyalar siyahısında olan Rusiyaya məxsus bankları SWIFT sistemindən çıxarır.
CNN -nin xəbərinə görə bu barədə Ağ Evin məlumatında bildirilib.
Qeyd olunub ki, ABŞ Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Kanada ilə birlikdə Rusiyanın “seçilmiş bankları”nın SWIFT sistemindən çıxarılmasını dəstəkləyib.
