“Spartak” Avropa Liqası oyununu Bakıda keçirə bilər

spartak

Rusiyanın “Spartak” (Moskva) klubu Almaniya “Leyptsiq”inə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov “Championat” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə oyun üçün prioritet məkan Bakıdır: “Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq”.

Qeyd edək ki, komandalar arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də gerçəkləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir