Ukraynadakı müharibəyə “əməliyyat” deyən nazir istefaya göndərildi

bolqar nazir

Bolqarıstanın müdafiə naziri Stefan Yanev Ukraynada baş verənlərə müharibə demək istəmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Bolqarıstan baş naziri Kiril Petkov qərar qəbul edib. “Müdafiə nazirim “müharibə” sözünü işlətmirdi. Minlərlə hərbçinin öldürüldüyü bir vaxtda bunu əməliyyat adlandıra bilməzdi”, – Petkov deyib.

Baş nazir əlavə edib ki, Bolqarıstan razılaşmadığı məsələlərə səssiz qala bilməz: “Bolqarıstan Avropa İttifaqı və NATO-nun üzvüdür. Bununla belə, çoxları Sovet İttifaqı və soyuq müharibə dövrlərini xatırlayır, ona görə də Rusiya ilə qohumluq hissi keçirirlər”. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir