Həlak olan rus əsgərlərinin ailələrinə 50 dollar ödəniləcək

diversant rus ukr

Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı müharibədə həlak olan rus əsgərlərinin ailələrinin hər birinə 11 min rubl ödəyəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ali Radanın “Teleqram” kanalı məlumat yayıb. Məlumata görə, qeyd olunan məbləğ cari məzənnə ilə 50 dollara bərabərdir. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya hərbi müdaxilənin yalnız dördüncü günündə itkilərini etiraf edib. Lakin ölən və yaralıların dəqiq sayını açıqlamayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının fevralın 28-i səhərə olan məlumatına görə, Ukraynada 5300-ə yaxın rus əsgəri həlak olub.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir