Haaqa Məhkəməsi Rusiyaya qarşı istintaqa başlayır
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynanı işğalı ilə bağlı istintaqa başlamaq qərarına gəlib.
Azpost.info xəbər verir ki, bunu məhkəmənin prokuroru Kərim Xan bəyan edib. Prokuror Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib: “İdarənin Ukraynadakı vəziyyətlə bağlı ilkin araşdırmasının nəticələrini nəzərdən keçirdim və təhqiqata başlamaq üçün əsasların olduğunu gördüm. Əminəm ki, həm hərbi cinayətlər, həm də insanlıq əleyhinə cinayətlərin olduğuna dair ağlabatan əsaslar var”.
Kərim Xan bildirib ki, komandasına sübutların saxlanılması üçün bütün imkanları araşdırmağı tapşırıb: “Növbəti addım istintaqa başlamaq üçün Məhkəmənin İbtidai Palatasından icazə almaqdır. Araşdırma apararkən bütün iştirakçı dövlətlərdən və bütövlükdə beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəm. Əlavə büdcə dəstəyi lazımdır. Missiyamızın əhəmiyyəti və aktuallığı maliyyə çatışmazlığının girovluğuna düşmək üçün çox ciddidir”.
Azpost.info
