Belarus ordusu Ukraynaya daxil olub

belarus ordu

Belarus qoşunları Çerniqova daxil olub.

Bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında bildirilib.

UNİAN -ın xəbərinə görə Ukraynanın Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidməti bu barədə məlumatın Ukrayna müdafiə qüvvələrinin regional departamentinin nümayəndəsi Vitali Kirillov tərəfindən təsdiqləndiyini bildirib.

“Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov rayonuna daxil olub”, – məlumatda qeyd olunub.

Slabin, Pakul kəndlərinin və Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkət etməsi barəsində məlumat veriblər.

Hərbi texnikaların hərəkəti zamanı ərazidə mobil rabitə əlaqəsi pozulub. Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinlərinin məlumatına görə, Slabin və Pakul istiqamətində hərəkət edən 11-i “Qrad” sistemi olmaqla 33 hərbi texnikadan ibarət Belarus hərbi kolonu yerli vaxtla 11:30-da ərazidən keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir