Müharibə başlayandan bəri 2 min dinc insan ölüb –
Rusiyanın Ukraynaya hücumu başlayandan 2 mindən çox dinc ukraynalı həlak olub. Bu günlər ərzində düşmən yüzlərlə nəqliyyat infrastrukturunu, həmçinin yaşayış binalarını, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb. “Bu gün Fövqəladə Hallar Xidmətinin əsas səyləri insanların xilas edilməsinə yönəlib.
Biz 150-dən çox insanın həyatını xilas etməyə, düşmən atəşindən sonra baş vermiş 400-dən çox yanğını aradan qaldırmağa, 500-dən çox insanı təxliyə etməyə nail olmuşuq. Təəssüf ki, tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb”, – məlumatda deyilir.
Azpost.info
