“Dünya Ukraynaya kömək etməkdə gecikdi” –

zelenski herbi paltarda

“Tək Bayden deyil, bütün dünya Ukraynaya kömək etməkdə gecikdi”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski amerikalı jurnalistin ABŞ prezidentinin Ukraynaya kömək etməkdə gecikib-gecikmədiyi ilə bağlı sualını cavablandırarkən deyib. “Məsələ təkcə prezident Baydendə deyil, məsələ bütün dünyanın qərarsızlığındadır. Mən sizə açıq deyirəm ki, bütün bu addımlar və dünya Putinin ordusundan güclüdür… İstəməzdim ki, diplomatiya, Avropa, NATO, Ukrayna, müstəqilliyimiz, nüvə silahları və ya nüvə zərbəsi ehtimalı ilə bağlı qərarlar yalnız hərbi geyimdə yaşayan və ölən bu komandadan asılı olsun. İstərdim ki, bütün bunlar diplomatlar tərəfindən edilsin. Hərbçilərin işi hücum etmək deyil, qorumaqdır”, – Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, bu miqyasda dəstək müharibə başlamadan öncə verilməliydi: “Bütün dünya Ukraynaya gecikdi. Qoy məni bağışlasınlar. Və bu barədə onlara mənim yox, onların xalqı danışdı. Dünyanın bütün meydanlarında nə baş verdiyini görürsünüz. İnsanlar çıxıb dəstək verirlər. Bütün dünya bilməlidir. Bu siyasət gecikdi”. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir