“Rus ordusu 2-ci nüvə obyektinə yaxınlaşır” –
“Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”.
Azpost.info xəbər verir ki, CNN bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfildə istinadən yazıb. “Hazırda bir neçə kilometr uzaqdadırlar və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşırlar”, – Tomas-Qrinfild stansiyanın adını çəkmədən deyib.
“Energoatom”un məlumatına görə, enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətindəki Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır. “Prezident Putin bu müharibəyə, Ukrayna xalqına qarşı bu həyasız hücumlara son qoymaqla bu humanitar fəlakəti dayandırmalıdır”, – deyən ABŞ yetkilisi beynəlxalq aləmi birgə hərəkətə çağırıb: “Beynəlxalq ictimaiyyət bu təhlükəli hücumun dayandırılmasını tələb etməkdə yekdil olmalıdır. Ukrayna xalqı bizə arxalanır və biz onların ümidini boşa çıxarmamalıyıq”.
Azpost.info
