Beynəlxalq Cüdo Federasiyası Putini fəxri prezident vəzifəsindən azad edib

07.03.2022 · 07:30 · Sosial

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb.

Bu barədə təşkilatın saytında bildirilib.

“Ukraynada davam edən münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusundan azad edir”,- deyə təşkilatın saytında bildirilib

Federasiyanın fəxri prezidentinin səlahiyyət sertifikatı Putinə 2008-ci ildə təqdim edilib.