Ukrayna üçün “Marşall planı” –

25.03.2022 · 09:51 · Dünya

Avropa İttifaqının dövlət və hökumət başçıları Ukrayna üçün Etimad Fondunun yaradılması barədə razılığa gəlib.

Azpost.info bildirir ki, bu barədə Bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin bəyanatında deyilir.

Fond Rusiyanın hərbi əməliyyatı başa çatdıqdan sonra ölkənin yenidən qurulmasını maliyyələşdirmək üçün nəzərdə tutulur.

“Avropa İttifaqı Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynaya vurulan dağıntıları və böyük itkiləri nəzərə alaraq, Ukrayna hökumətinə onun təcili ehtiyaclarını ödəmək, demokratik Ukraynanın bərpasında dəstək verməyə sadiqdir. Bu məqsədlə, Avropa Şurası Ukrayna ilə həmrəylik fondu yaratmağa razılaşır və beynəlxalq tərəfdaşlarını burada iştiraka dəvət edir. Gecikmədən hazırlıqlara başlamağa çağırır”, – bəyanatda deyilir.

Sammit iştirakçıları həmçinin Kiyevə Liviya və Suriyaya yardım üçün keçirilən müntəzəm konfranslar kimi beynəlxalq donor konfransı keçirməyi vəd ediblər.

Sənəddə vurğulanır ki, Avropa İttifaqı Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstək verməyə davam edəcək.