“Ukraynada müharibə siyasi iflasdır” –

sroder

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Ukraynadakı hadisələri beynəlxalq təhlükəsizlik sisteminin uğradığı “siyasi iflasın” nəticəsi adlandırıb.

Azpost.info “Die Welt”-ə istinadən bildirir ki, sabiq kansler bunu Türkiyədə keçirilmiş təhlükəsizlik konfransında deyib: “Biz Berlin divarının uçmasından sonra dəyişmiş vəziyyəti nəzərə alan təhlükəsizlik arxitekturasını yaratmamışıq”.

Şröderin fikrincə, Avropa sonda müdafiə potensialını artıracaq və təhlükəsizliyin təmin olunması üçün üzərində daha çox məsuliyyət götürəcək.