Lerikdə 9 il əvvəl tikilmiş məktəbin damı uçub –

mekteb01

2012-ci ildə Lerik rayonun Veri kəndində tikilmiş orta məktəbin damı uçub.

Azpost.info bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

O qeyd edib ki, binanın damı 19 mart 2022-ci ildə yağan qarın ağırlığına tab gətirməyərək uçub.

Ekspert binanın tikintisinin keyfiyyətinin şübhə doğurduğunu qeyd edib: “Mən həmin tipdə tikilən məktəbin damının layihəsini görmüşəm. Əgər dam layihəyə olan formada taxtadan quraşdırılıbsa onun çökməsi mümkün deyil. İndi əlaqədar qurum araşdırma aparsın və 10 il əvvəl tikilən binanın tenderdə qalib gələn şirkətini də tapsın.

Bu necə ola bilər ki, köhnə məktəblərin damı uçmur, lakin təzəsi uçur?”-deyə ekspert bildirib.