İstanbul Boğazı mina təhlükəsinə görə bağlanıb
İstanbul Boğazı gəmilərin hər iki istiqamətə hərəkəti üçün bağlanıb.
Qlobal TV xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi işləri ilə bağlı ərazidə gəmilərin hərəkətini dayandırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Müdafiə Nazirliyi İstanbul Boğazında minaya bənzər obyekt aşkar edildiyi barədə məlumat yayıb. Onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.
Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.
