İstanbul Boğazında rus minası zərərsizləşdirilib
İstanbul Boğazında tapılan minanın incələnməsi prosesi davam edir.
Hürriyət qəzetinin məlumatına görə, dənizdə hərək edən minanın köhnə rus minası olduğu müəyyən olunub.
Təhlükəsizlik məqsədilə gəmilərin hərəkəti üçün qapadılan İstanbul boğazının yerli vaxtla saat 15:30-dan etibarən hər iki istiqamətə hərəkət üçün açıq olduğu elan edilib.
Hazırda minanın helikoper və Sualtı Müdafiə Qrupları tərəfindən incələnməsi prosesi davam edir.
