Bayden Rusiya və SSRİ-ni müqayisə edib –

bayden sank rus

“Ukraynada baş verənlər SSRİ-nin soyuq müharibə dövründə Macarıstan, Polşa və Çexoslovakiyada törətdiyi hərəkətlərlə ilə müqayisə etmək olar”.

Azpost.info TASS-a istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden Varşavaya səfəri çərçivəsində şənbə günü çıxışı zamanı deyib.

Bayden deyib ki, Ukraynadakı döyüşlər uzun mübarizədə ən son döyüşdür.

O, Macarıstan, Polşa və Çexoslovakiyada baş verənləri xatırladıb: “Sovet tankları demokratik üsyanları darmadağın etdi. Bu müqavimət Berlin divarı və nəhayət 1989-cu ildə Sovet hakimiyyətinin bütün divarları yıxılana qədər davam etdi. Onlar yıxıldı, xalq qalib gəldi”,- deyə Bayden bilidirib.