Ukrayna dəmir yolu ilə Avropaya taxıl tədarük etməyə başlayıb

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı səbəbindən dəniz limanları bağlandığından Ukrayna taxılının ilk partiyası Avropaya dəmir yolu ilə ixrac edilib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Ukrayna dünyanın ən böyük taxıl istehsalçısı və ixracatçısıdır. Onun çatdırmaları Qara dəniz limanları vasitəsilə həyata keçirilirdi. Rusiyanın hərbi müdaxiləsindən əvvəl aylıq taxıl ixracı 5 milyon tondan çox idi.

Artıq Ukraynanın qərb quru sərhədindən bir neçə min ton həcmində ilk qarğıdalı partiyası da ixrac edilib. Bu təchizat məhsulun pik qiymətlərini aşağı salmağa kömək edib.

Martın 26-da Ukraynanın Aqrar Siyasət Nazirliyindən bildirilib ki, hərbi əməliyyatlara baxmayaraq, ölkədə ixrac üçün nəzərdə tutulmuş böyük taxıl ehtiyatları var və bu, pul ifadəsində təxminən 7,5 milyard ABŞ dolları deməkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.