“Rusiya ordunu 24 fevraldan əvvəlki ərazilərə geri çəkməlidir” –
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibədə Ukraynanın prioritet məqsədlərini açıqlayıb.
Azpost.info bildirir ki, o, bu barədə rusiyalı jurnalistlərə müsahibəsində bildirib.
“Qurbanların sayını minimuma endirmək, bu müharibənin müddətini qısaltmaq. Rusiya qoşunlarını 24 fevraldan əvvəlki güzəştli ərazilərə çəkməlidir”, – Zelenski deyib.
“Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Mən hər şeyi gözəl başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Odur ki, başladığınız yerə qayıdın. Biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”, – o əlavə edib.
