30 il lotereya oynadı, sonda 5 milyon uddu

loto

Avstraliya sakini 30 illik cəhddən sonra lotereyadan fantastik məbləğ udub.

Azpost.info xəbər verir ki, Yeni Cənubi Uels ştatının sakini bu illər ərzində eyni nömrələrdən istifadə edərək lotereya oynayıb və ilk dəfə “Oz Lotto”dan 5,5 milyon Avstraliya dolları qazanıb.

O, ilk növbədə özünün və ailəsinin bütün borclarını ödəyəcəyini bildirib: “Həyatımda ilk dəfə borcdan azad olacam. Valideynlərimin də borcları bitəcək. Mən özümə maşın ala biləcəm. Bu, mənim həyatımı tamamilə dəyişəcək. Böyük pul qazanan insanlar haqqında oxuyursuz və düşünürsüz ki, bu, necə də gözəldir. Ancaq özünüz buna ümid etmirsiz”.

Azpost.info