İstanbulda Rusiya-Ukrayna danışıqları bu gün baş tutmayacaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyev nümayəndə heyətləri arasında danışıqların bu gün baş tutacağını ehtimal etmir.
Azpost.info xəbər verir ki, Peskov bunu jurnalistlərə açıqlamasında deyib. “Danışıqların bu gün davam etməsi ehtimalı yoxdur. Bu gün nümayəndə heyətləri Türkiyəyə yola düşür. Biz bunun nəzəri olaraq sabah baş verə biləcəyini gözləyirik”, – Peskov bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə üzbəüz danışıqların bu gün və ya sabah baş tutacağını qeyd edib. Azpost.info
