Lavrov Şoyqunun xəstə olması ilə bağlı xəbərə aydınlıq gətirib

lavrov soyqu

Rusiya xarici işlər naziri Sergey Lavrov müdafiə naziri Sergey Şoyqunun səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

Azpost.info xəbər verir ki, Lavrov bu barədə Serbiya mətbuatına müsahibəsində danışıb. “Mən cəfəngiyyatı şərh etmək istəmirəm. Çünki bu, Ukrayna xüsusi xidmət orqanları və hazırda xaricdə olan rus neoliberallarımız tərəfindən yayılan cəfəngiyyatdır. Bunların hamısı yalandır. Hər kəs sağdır və yaxşıdır”, – XİN rəhbəri bildirib.

Azpost.info