Vladimir Zelenski Prezident İlham Əliyevə zəng vurdu

Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Prezident Volodimir Zelenski Azərbaycan dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

**

Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Tvitterdə yazıb. Dövlət başçıları Ukraynada son vəziyyəti müzakirə  ediblər.

“ Humanitar məqsədli “Yaşıl dəhlizlərin”  zərurliyi barədə müzakirə apardıq. Humanitar yarıma görə Azərbaycan prezidentinə təşəkkür etdim”-deyə Zelenski bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.