Ukrayna Krım və Donbasla bağlı nədən imtina edib? –

ukr rus d02

“Ukraynanın təhlükəsizlik zəmanətləri sistemi ilə bağlı təklifləri onların Krım və Donbas ərazilərinə şamil olunmadığını deməyə əsas verir. Beləliklə, faktiki olaraq Kiyev onları hərbi yolla geri qaytarmaqdan imtina edir”.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.

“Ukraynanın təhlükəsizlik zəmanətləri Krım və Sevastopol ərazilərinə şamil edilmir. Ukrayna Krımı, Sevastopolu hərbi yolla qaytarmaq niyyətindən əl çəkir və bunun yalnız danışıqlar yolu ilə mümkün olduğunu bəyan edir. Bu, təbii ki, heç bir şəkildə bizim mövqeyimizə uyğun gəlmir. Lakin Ukrayna öz yanaşmasını belə formalaşdırıb”, – Medinski “Birinci” Kanala açıqlamasında  deyib.

Medinsi vurğulayıb ki, təhlükəsizlik zəmanətləri Ukraynanın Donetsk və Luqansk vilayətləri adlandırdığı ayrı-ayrı ərazilərinə şamil edilmir. “Ayrıca rayonların nə demək olduğunu, onların sahələrini Ukrayna ayrıca formalaşdırır. Rusiya isə bunu öz başa düşdüyü kimi formalaşdırır”-deyə Medinski bildirib.