“Atəşkəs Rusiyaya tətbiq edilən sanksiyaların ləğvi üçün kifayət etməyəcək”-CONSON

Ukrayna və Rusiya arasında atəşkəsin əldə edilməsi Böyük Britaniyanın sanksiyalarını ləğv etməsi üçün kifayət etməyəcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərlə keçirdiyi görüşündə deyib.

“Baş nazir qeyd etdi ki, yalnız atəşkəs Böyük Britaniyanın Rusiyaya sanksiyalarının ləğv etməsinə səbəb olmayacaq. O, deyib ki, (Rusiya Prezidenti Vladimir – red.) Putin üzərində təzyiq həm iqtisadi tədbirlərlə, həm də Rusiyanın kursunu tamamilə dəyişdirəcək hərbi yardımlarla artırılmalıdır ”, – deyə Baş nazirin mətbuat katibi bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.