“Britaniya Ukrayna üçün qarant olmağa hazırdır”

london01

“Müraciət ediləcəyi təqdirdə Böyük Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi rol oynamağa hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord jurnalistlərə bildirib.

“Biz artıq Ukraynaya əhəmiyyətli müdafiə hərbi dəstəyi göndərmişik. 400 milyon funt sterlinq dəyərində humanitar yardım göstərmişik. Baş nazir demək olar ki, hər gün prezident Zelenski ilə danışır və biz müharibənin dayandırılması, rus ordusunun çıxarılması üçün bütün imkanlarımız çərçivəsində kömək etmək istəyirik”,-Vudvord bildirib.

Onun sözlərinə görə, Ukrayna hökuməti xahiş edərsə, bu işdə iştirak etməkdən məmnun olacaqlar.

Rusiya ilə danışıqlarda Kiyev Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi təklif edib. Kiyev öz təhlükəsizliyinin təminatçısı kimi BMT Təhlükəsizlik Şurasının üzv ölkələrini, həmçinin Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili görür.