“Krımın danışıqların gündəliyinə qaytarılması müzakirə edilib” –

podolyak

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna və Rusiya arasında danışıqların İstanbul görüşünün nəticələrinin yekununu açıqlayıb.

Podolyak tviter səhifəsində görüşün nəticəsi olaraq Ukrayna üçün yeni təhlükəsizlik təminatlarının müzakirə etdiyini açıqlayıb.

“İstanbul görüşünün nəticəsi olaraq Ukraynanın təhlükəsizliyinin yeni konturunu təmin edən hüquqi təminat verilməlidir (NATO-nun beşinci maddəsinin analoqu). Krım məsələsinin danışıqların gündəliyinə qaytarılması, Ukrayna dövlətçiliyinin həyat qabiliyyətinin sübutu və digər məsələlər müzakirə predmeti olub”, – deyə Podolyak əlavə edib.