Aİ Putinin “qaz ultimatumuna” cavab verəcək – Yeni sanksiya paketi ilə

Avropa Komissiyası Putinin qaz ultimatumuna cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” bu qurumdakı mənbələrə istinadən məlumat yayıb. “Rusiya prezidenti Vladimir Putin qaz tədarükü üçün rubl ödənişlərində israr etsə, sanksiya paketi daha sərt tədbirləri əhatə edə bilər”, – mənbə bildirib. “Reuters” yazır ki, sanksiyalar paketinə boşluqların qarşısının alınması da daxildir. Məhz bu boşluqlara görə Rusiyada sanksiyaya məruz qalmış bəzi qurumlar məhdudlaşdırıcı tədbirlərdən yan keçirlər. Söhbət, ofşor yurisdiksiyalarda kriptovalyutaların, trestlərin və uydurma şirkətlərin istifadəsindən, həmçinin aktivlərin qohumlara verilməsindən gedir. Məlumata görə, yeni məhdudlaşdırıcı tədbirlər gələn həftə hazır ola bilər və Avropa Komissiyası hazırda Avropa İttifaqı hökumətləri ilə məsləhətləşmələr aparır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.