“Ankara və İstanbul bələdiyyə sədrlərinin dəyişdirilməsi müzakirə mövzusu deyil”

turk nazir

Ankara və İstanbul böyükşəhər bələdiyyə sədlərinin təyinetmə yolu ilə dəyişdirilməsinin müzakirə mövzusu olması mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin daxili işlər naziri Süleyman Soylu ifadə edib.

Qeyd edək ki, terrorla əlaqəli fəaliyyətləri aşkar edildiyi üçün Türkiyənin bir sıra bölgələrində bələdiyyə sədrləri təyinetmə yolu ilə dəyişdirilib. Son vaxtlar bu halın Ankara və İstanbulda da baş verə biləcəyi barədə yayılan şayiələr ictimai müzakirədə səngimir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir