“Ukrayna münaqişəsinin nəticələri ilə bağlı Qərbin analitik materialları və proqnozları cəfəngiyat və seçiciləri manipulyasiya etməyi hədəfləyən demaqogiyadır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin deyib.
Medvedevin fikrincə, Ukrayna hadisələri ilə bağlı yalnız iki real ssenari var: “Birincisi, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunması və onun nəticələrinin Kiyevdə birmənalı şəkildə tanınmasıdır. İkincisi, Ukraynada hərbi çevriliş və yalnız bundan sonra xüsusi əməliyyatın nəticələrinin tanınmasıdır. Bütün variantlar bunlardır. Üçüncüsü yoxdur”.
Qeyd edək ki, Britaniyanın “Guardian” qəzeti Ukraynadakı münaqişə ilə bağlı 5 proqnoz dərc edib. Birincisi, münaqişənin bir ildən sonra sönəcəyi, ikincisi, partizan savaşına keçid, üçüncüsü, Rusiyanın artıq işğal olunmuş ərazilərin saxlanmasına köklənməsi, dördüncüsü, qışda yeni qaçqın böhranının olacağı və yazda döyüşlərin yenidən başlamasıdır. Nəhayət, beşincisi, Qərbin mövqeyinə aiddir. Yəni Qərb qərar verməlidir ki, Ukraynanın qalib gəlməsini istəyir, yoxsa ona dəstəyi davam etdirməyi.
Azpost.info
