Qazaxıstanda silah anbarı partlayıb –4 hərbçi xəsarət alıb

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.

“TASS” agentliyi xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.

Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir