Tərtərdə yaşayan ailədə üçəm doğuldu

Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.

Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir