Paşinyan açıqladı:“Azərbaycanla konstruktiv danışıqlara hazırıq” 

“Qarabağ nizamlanması üzrə danışıqları real məzmun ilə doldurmaq lazımdır”.

Azpost.info İnterfax-a istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Paşinyan mətbuat konfransında deyib.

“Biz konstruktiv danışıqlara hazırıq. Bizim mövqeyimiz çox konstruktivdir, real faktlara əsaslanır. Biz nizamlanma üzərində işlədiyimizi göstərmək deyil, məsələnin həllinə nail olmağı arzu edirik. Təəssürat yaratmağı dayandırmaq və məzmunlu müzakirələrə keçməyi təklif edirik”, – deyə Paşinyan bildirib.

Eyni zamanda, o qeyd edib ki, İrəvan Bakıdan təhdidlər şəraitində nizamlanmaya getməyəcək. “Azərbaycanlı həmkarım və ATƏT-in Minsk qrupunun həmsədrlərinə də bu barədə söz açmışam”, – Paşinyan qeyd edib

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir