İsmayıllıda “Kartof Festivalı”nda kütləvi zəhərlənmə baş verib –Nədən zəhərləniblər?

xəstəxanaya
xəstəxanaya

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.

Hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb. Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri – 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri – 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.  (APA)

Faktla bağlı araşdırma aparılır.  

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir