İtaliyanın Baş naziri Giorgia Meloni telefon danışığı zamanı ABŞ prezidenti Co Baydenə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tərəflər həmçinin NATO çərçivəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bayden və Meloni Çindən gələn çağırışlara cavab vermək üçün birlikdə çalışdıqlarını da açıqlayıblar.
Azpost.info
