Özbəkistan parlamentinə seçkilər keçiriləcək –Beş partiya qatılacaq

Özbəkistan Ali Məclisinə və yerli sovetlərə seçkilərə start verilib və seçkiqabağı kampaniya başlanıb.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bunu Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdisalamov bildirib. O deyib ki, seçkilər 2019-cu il dekabrın 22-nə təyin olunub. Özbəkistanda seçki hüququ olan 20 milyon vətəndaş var, 2 milyon gənc isə birinci dəfə səs verəcək.

Komissiya sədri diqqətə çatdırıb ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar “Milli dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik xəbərdarlıq etdi –

Sonrakı məqalə

“İnterpol”un axtardığı “Akula Akif”