Ərdoğan BMT tribunasından dünyaya bəyan etdi:

24.09.2019 · 22:16 · Baş Yazı

“Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır:“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.