“Ukraynadakı hədəflərə endirilən zərbələr Krım körpüsündə terror aktı da daxil olmaqla Kiyevin təxribatlarına məcburi cavab idi”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon söhbəti zamanı bildirib.
Putin Şoltsa Rusiya Silahlı Qüvvələrinin uzun müddət Ukrayna ərazisində müəyyən hədəflərə dəqiq raket zərbələri endirməkdən çəkindiyini deyib.
“Prezident Putin bildirib ki, bu tədbirlər Kiyevin Rusiyanın mülki infrastrukturuna, o cümlədən Krım körpüsünə və enerji obyektlərinə qarşı təxribat xarakterli hücumlarına məcburi cavabdır. Vladimir Putin bir daha Rusiyanın xüsusi hərbi əməliyyat keçirməklə bağlı fundamental yanaşmalarını təfərrüatı ilə izah edib”, – Kremlin yaydığı məlumatda bildirilir.
Telefon söhbəti Berlinin təşəbbüsü ilə baş tutub. Putinlə Şolts sonuncu dəfə sentyabrın 13-də telefonla danışıblar.
Azpost.info
