Putinin müxalifətə qaşı zorakılığı AŞPA-ya çıxarılır –Payız iclasında müzakirə

Avropa Şurası Parlament Assambleyasının 30 sentyabrda başlanacaq payız sessiyasının gündəliyinə Rusiyadakı son seçkilərlə bağlı keçirilmiş etiraz aksiyaları barədə müzakirə aparılması təklif olunub.

Azpost.info AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, “Moskva sovetinə keçirilən seçkilərin fonunda Rusiyada dinc aksiyaların yatırılması və demokratik hüquqların pozulması” adlı bu təklifin gündəliyə salınması ilə bağlı son qərar sessiyanın açılış  günü veriləcək.

AŞPA-nın  oktyabrın 1-də keçiriləcək sessiyasında Fransa prezidenti Makron çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Eyni zamanda qurumun yeni seçilmiş Baş katibi Mariya Buriç çıxış edəcək.

AŞPA həmçinin sentyabrın 30-da insan haqları sahəsində nufuzlu Vatslav Havel mükafatının qalibini elan edəcək. Bu mükafata iddiaçı olan üç namizəddən biri seçiləcək. Mükafat plenar iclasda xüsusi mərasimdə təqdim olunacaq.

Assambleya çərçivəsində ombudsman instituları və terror qurbanlarının müdafiəsi üçün ümumi standartlara diqqəti yönəldəcək,  həmçinin Avropanın mədəni irsinin mühafizəsi barədə müzakirə aparılacaq.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir