“Biz Putinlə danışmalı, əlaqə saxlamalıyıq”

23.12.2022 · 16:23 · Dünya

“Humanitar məsələlərin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

O qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya lideri ilə əlaqə kanallarını saxlayır. Eyni zamanda Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da Putinlə mütəmadi olaraq təmas yaradır: “Biz Putinlə danışmalı, əlaqə saxlamalıyıq. Belçikanın baş naziri olduğum vaxtdan Putinlə mütəmadi əlaqələrim olub”.

Azpost.info