“Britaniyanın müdafiə xərclərində bir milyardlıq artım olacaq”

britaniya

2023-cü ildə Böyük Britaniyanın müdafiə xərclərində 1 milyard funt sterlinqlik artım olacaq.

Azpost.info xəbər verir ki, “The Telegraph” bunu parlamentdəki mənbəyə istinadən yazır.

Məlumata görə, müdafiə naziri Ben Uolles hərbi xərclərin artırılmasına çağırıb, bu təklif Maliyyə Nazirliyi tərəfindən dəstəklənib.

“The Telegraph”ın istinad etdiyi hərbi ekspertlərin fikrincə, 2024-2025-ci illərdə Britaniya Müdafiə Nazirliyinin büdcəsi ən azı 1,5 milyard funt sterlinq artacaq.

Azpost.info