Saakaşvili zəhərlənmə testindən keçməkdən imtina edir
Tbilisidəki “Vivamed” klinikasında müalicə alan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qərb ekspertlərinin iştirakı olmadan bədənində ağır metalların olub-olmaması ilə bağlı müayinədən imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.
Vəkilin sözlərinə görə, xüsusi istintaq xidmətinin müstəntiqi Vasil Kakaşvilinin dekabrın 24-də hansı əsasla siyasətçinin saç və dırnaqlarından nümunələr götürməyə cəhd etdiyi tam aydın deyil.
Xaçapuridze bildirib ki, Saakaşvili Gürcüstan qanunvericiliyinə tam uyğun və yalnız amerikalı və ya avropalı həkimlərin iştirakı ilə yeni müayinə keçirməyə razılaşıb. Vəkil deyir ki, Gürcüstanın eks-prezidenti bədənində ağır metallarla zəhərlənmənin olmadığını və onun orqanizmində bu göstəricilərin normadan aşağı olduğunu bildirən “Vivamed” klinikasının və penitensiar xidmətin həkimlərinə etibar etmir.
Azpost.info
