ABŞ-ın Arkanzas həbsxanasından ömürlük həbsə məhkum edilmiş məhbus qaçıb.
Azpost.info bildirir ki, bu barədə NBS telekanalı məlumat yayıb. Mühafizə qətlə görə məhkum edilmiş 49 yaşlı Kalvin Adamsı həbsxana ərazisində tapa bilməyib. Hələlik onun ərazini tərk edib-etmədiyi məlum deyil.
Məlumata görə, Adams 2009-cu ildə də başqa həbsxanadan qaça bilmişdi. O zaman o əlbir olduğu şəxslə birgə mühafizəçinin paltarını geyərək çıxa bilmişdilər. Adams cəmi 4 gün polisdən gizlənə bilmişdi.