Ukraynada yaralanan “Roskosmos”un sabiq rəhbəri əməliyyat olunub
Uraynada raket zərbəsi nəticəsində yaralanmış “Roskosmos”un sabiq rəhbəri Dmitri Roqozin əməliyyat olunub.
Azpost.info “Rossiya 1”-ə istinadən bildirir ki, əməliyyat nəticəsində onun onurğa hissəsindən qəlpə çıxarılıb.
Əməliyyat ağır olsa da uğurla bitib.
Roqozinin köməkçisi deyib ki, qəlpəni saxlamaq olmazdı, əks-təqdirdə ifliclə nəticələnə bilərdi.
22 dekabrda Ukrayna ordusu Donetskdə Roqozinin olduğu oteli yüksək dəqiqlikli raketlə atəşə tutub. Nəticədə iki nəfər həlak olub. Onlardan biri Roqozinin köməkçisi idi. Daha bir neçə nəfər ciddi yaralanıb. Roqozin də kontuziya və qəlpə yarası alıb.
