Estoniyanın keçmiş Baş naziri vəfat edib-

estoniya

Estoniyanın keçmiş Baş naziri Edqar Savisaar 72 yaşında vəfat edib.

Bu barədə ERR milli yayım korporasiyasının portalı məlumat yayıb.

Ölümün səbəbi barədə məlumat verilmir.

Edqar Savisaar 1990-1992-ci illərdə Estoniyanın Baş naziri olub. 2005-2007-ci illərdə iqtisadiyyat və rabitə naziri vəzifəsində çalışıb. O, iki dəfə (2001-2004 və 2007-2015) Tallin şəhərinin meri olub.