Helsinki Universitetinin alimləri dünyanın ən ağıllı it cinsini müəyyən ediblər.
Azpost.info xəbər verir ki, ən yüksək intellektə malik it cinsini müəyyən etmək üçün tədqiqatçılar 13 müxtəlif cinsdən olan 1002 itə bir sıra idrak və davranış tapşırıqları veriblər.
Nəticələrə görə, Belçika çoban iti “Malinois” mütləq lider olub.
Baytar həkim Bart Stegen nəticədən təəccüblənmədiyini bildirib: “Öyrənmə baxımından iki cins fərqlənir – “Malinois” və “Border Kolli”. Hər iki cins əvvəlcə fermalarda istifadə olunurdu. Bu da özünə nəzarəti tələb edir. Beləliklə, onilliklər boyu davam edən təbii seleksiya özünüidarəni gücləndirdi. “Malinois” həm də dünyanın ən məşhur polis itlərindən biridir. Koqnitiv keyfiyyətləri onlara təlim keçməyi asanlaşdırır. Bundan başqa, onlarda yaxşı inkişaf etmiş qoxu hissi var”.
Azpost.info

