ABŞ-ın Türkiyədəki səfirliyinin müvəkkili Jeffrey M. Hovenier bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib.
ABŞ-ın Türkiyədəki səfiri David Satterfield Ankarada olmadığı üçün səfirliyin müvəkkili XİN-ə çağırılıb.
Buna səbəb Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan və ölkədən qaçmış Ergün Babahanın “Twitter” sosial şəbəkəsindən paylaşdığı statusu olub. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstələnərək xəstəxanaya yerləşdirildikdən sonra E. Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində ”Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır” statusu yazıb. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Türkiyə XİN də Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar ABŞ səfirliyindən rəsmi izahat tələb edib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfriliyi bu gün açıqlama yayaraq Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib.