Novruz Məmmədov Baş nazir vəzifəsindən azad edilməsi üçün Prezidentə müraciət edib

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.

Spiker N.Məmmədova can sağlığı arzulayıb.

Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir. Buna qədər isə Baş nazir Novruz Məmmədov idi.

N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu. (Modern.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir