Dünyada ilk dəfə açıq kosmosa çıxan sovet kosmonavtı vəfat etdi
Məşhur sovet kosmonavtı Aleksey Leonov dünyasını dəyişib.
Azpost.info TASS-a istinadən bildirir ki, A. Leonov 86 yaşında vəfat edib.
O, bir neçə ay idi ki, səhəti ilə bağlı müalicə olunurdu. A. Leonov oktyabrın 15-də Mıtışşıda memorial məzarlıqda dəfn olunacaq.
A.Leonov dünyada açıq kosmosa çıxan ilk kosmonavtdır.
