“Müharibənin əvvəlindən Rusiya 1800-dən çox zabitini itirib”- NATO komandanı

Müharibənin başlamasından bəri, Rusiya Ukraynada 200 mindən çox əsgərini itirib. 1800-dən çox zabit isə öldürülüb və ya yaralanıb.

Azpost.info xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qüvvələrinin komandanı Kristofer Kovali bildirib.

Onun sözlərinə görə, Rusiya iki mindən çox döyüş tankı da itirib.

“Bu müharibənin miqyası inanılmazdır və NATO yeni reallığa uyğunlaşmalıdır. Rusiya ordusu hər gün orta hesabla 23 mindən çox artilleriya qurğusu istehsal edir. Əgər kimsə tankla gəlirsə, bir tank da səndə olmalıdır. “Soyuq müharibə”nin dərslərindən biri də bir silahın dəqiqliyinin vacib olmasıdır. Bundan başqa, müdafiə sənayesinin istehsal gücü vacibdir. Müharibə ən sürətli istehsal edən tərəfindən qazanılır”, – Kovali qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.