ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hazırkı administrasiyasının hərəkətlərindən narazı olduğunu bildirib və Ukraynadakı münaqişəyə dərhal son qoymağa çağırıb.
Azpost.info xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində onu da deyib ki, hazırda ölkədə hakimiyyət nə etdiklərini bilməyən insanlar tərəfindən idarə olunur.
Tramp Ukraynadakı münaqişəni bir gecədə həll etməyə hazır olduğunu, danışıqların çox sadə olacağını qeyd etsə də, planının təfərrüatlarını açıqlamayıb.
“Bunlar çox sadə danışıqlar olacaq, amma nədən ibarət olacağını açıqlamayacağam. Çünki bu halda planımı həyata keçirə bilməyəcəyəm”, – keçmiş prezident vurğulayıb.
Azpost.info
